[b]"Qarabağ" debütdə darmadağına üzüldü - YENİLƏNİB[/b]
12.09.2017 - 18:00
[b]"Qarabağ" debütdə darmadağına üzüldü - YENİLƏNİB[/b]

Bu gün Çempionlar Liqası ilə paralel Gənclər Liqasına da start verilib. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan çempionu “Qarabağ”ın U-19 komandasının debütü ilə əlamətdar olub.

 

Tarixdə ilk dəfə Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparan Rəşad Sadıqovun komandası Londonda “Çelsi” ilə üz-üzə gəlib. Görüşün ilk hissəsi qolsuz heç-heçə başa çatsa da, İbrahim Qədirzadənin 49-cu dəqiqədə meydandan qovulması “Qarabağ”ın darmadağın olması ilə nəticələnib. Hesabı 54-cü dəqiqədə açan “Çelsi” 27 dəqiqəyə daha 4 dəfə fərqlənib. Rəqibin kapitanı Luk MakKormik isə 13 dəqiqəyə het-trikini rəsmiləşdirib. 

 

Qeyd edək ki, 2015/16 mövsümündə “Spartak”la qarşılaşan “Rəvan” səfərdə 0:4 hesabı ilə uduzub, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə “Qəbələ” “Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə yenilib.

 

Gənclər Liqası

Çempionlar Liqası yolu

C qrupu, I tur

12 sentyabr

 

“Çelsi” – “Qarabağ” - 5:0

Qollar: Kallum Hadson-Odoi, 54; Luk MakKormik, 63, 71, 74; Çarli Braun, 80

Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49

Baş hakim: Robert Hennessi

Baş hakimin köməkçiləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)

Dördüncü hakim: Con Basbi (İngiltərə)

UEFA nümayəndəsi: Bert Andersson (İsveç)

Hakim-inspektor: Peter Cons  (İngiltərə)

Surrey. “Çelsi”nin təlim-məşq bazasının stadionu

“Çelsi”: 1. Ceymi Kamminq, 2. Rise Ceyms, 3. Jozef Kolli, 4. Trevo Çaloba, 5. Koul da Silva, 6. Ethan Ampadu, 7. Duyon Sterlinq, 8. Luk MakKormik (k), 9. Martell Teylor-Krossdeyl, 10. Yakob Maddoks, 11. Kallum Hadson-Odoi

Ehtiyat oyunçular: 13. Marsin Bulka, 12. Xuan Familio-Kastilyo, 14. Çarli Braun, 15. Corc Makİçran, 16. Mark Quehi, 17. Konor Qallager, 18. Coşua Qrant

Baş məşqçi: Co Eduards

“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 48. İbrahim Qədirzadə, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 80. Yusif Həsənov

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

Baş məşqçi: Rəşad Sadıqov

 

 

0