[b]ÇL-in ən dəyərliləri və ya “Çelsi” ilə “Qarabağ”ın fərqi [/b]
12.09.2017 - 10:48
[b]ÇL-in ən dəyərliləri və ya “Çelsi” ilə “Qarabağ”ın fərqi [/b]

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2017-18 mövsümünün əsas mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbol tarixində ilk dəfə bir komanda ilə bu yarışda təmsil olunacaq.

 

“Qarabağ”ın da aralarında olduğu qitənin ən güclü 32 klubunun ümumi dəyəri 9,3 milyard avro təşkil edir. Oyunçularının transfer qiymətinə əsasən ən dəyərli komanda Madrid “Real”ı hesab edilir. ÇL-in son qalibinin futbolçularının ümumi dəyəri 744 milyon avrodu. “Kral klubu”nu müvafiq olaraq İspaniyanın digər nəhəngi “Barselona” və İngiltərə çempionu “Çelsi” izləyirlər. “Barsa” 706,5 milyona bərabərdisə, bu gün “Qarabağ”ı qəbul edəcək “zadəganlar” 614,4 milyon dəyərindədi.

 

Azərbaycan çempionu “Qarabağ” sıralamada 31-ci pillədə qərarlaşır. Ağdam təmsilçisi yalnız Sloveniya “Maribor”unu qabaqlayır. Qurban Qurbanovun komandası 17,2 milyon avro dəyərində qiymətləndirilir.

 

 

ÇL iştirakçılarının bazar qiyməti:

 

Klub

Ölkəsi

Dəyəri (milyon avro)

1. “Real”

İspaniya

744

2. “Barselona”

İspaniya

706,5

3. “Çelsi”

İngiltərə

614,4

4. “Mançester Siti”

İngiltərə

588,5

5. “Bavariya”

Almaniya

581,4

6. “Mançester Yunayted”

İngiltərə

565,7

7. “Yuventus”

İtaliya

538,6

8. PSJ

Fransa

521,3

9. “Atletiko”

İspaniya

511

10. “Tottenhem”

İngiltərə

492,2

11. “Liverpul”

İngiltərə

451,5

12. “Borussiya” (D.)

Almaniya

392

13. “Napoli”

İtaliya

347,4

14. “Roma”

İtaliya

322,9

15. “Monako”

Fransa

252,9

16. “Sevilya”

İspaniya

229,7

17. “Leyptsiq”

Almaniya

189

18. “Porto”

Portuqaliya

176,4

19. “Benfika”

Portuqaliya

168,7

20. “Sportinq”

Portuqaliya

158,8

21. “Beşiktaş”

Türkiyə

126,1

22. “Spartak” (M.)

Rusiya

105,5

23. “Şaxtyor”

Ukrayna

103,1

24. “Anderlext”

Belçika

99

25. “Feyenoord”

Hollandiya

96,8

26. MOİK

Rusiya

77,7

27. “Olimpiakos”

Yunanıstan

75,2

28. “Seltik”

Şotlandiya

57,8

29. “Bazel”

İsveçrə

48,3

30. APOEL

Kipr

18,5

31. “QARABAĞ”

Azərbaycan

17,2

32. “Maribor”

Sloveniya

13,9

 

Ən qiymətli qrup H qrupu hesab edilir. “Real”, “Borussiya” (Dortmund), “Tottenhem” və APOEL-in yer aldığı qrup ümumilikdə 1 milyard 640 milyon avro səviyyəsindədi. “Qarabağ”ın “Çelsi”, “Roma” və “Atletiko” ilə birlikdə yer aldığı C qrupu isə 1 milyard 460 milyon avro ilə ən dəyərli 3-cü qrupdu.

 

Qrupların bazar qiyməti:

A qrupu: “Bazel”, “Mançester Yunayted”, MOİK, “Benfika” (860,4 milyon avro)

B qrupu: “Seltik”, “Bavariya”, PSJ, “Anderlext” (1 milyard 250 milyon)

C qrupu: “Roma”, “Çelsi”, “Atletiko”, “Qarabağ” (1 milyard 460 milyon)

D qrupu: “Barselona”, “Yuventus”, “Olimpiakos”, “Sportinq” (1 milyard 470 milyon)

E qrupu: “Spartak”, “Liverpul”, “Maribor”, “Sevilya” (800 milyon 600 min)

F qrupu: “Şaxtyor”, “Feyenoord”, “Mançester Siti”, “Napoli” (1 milyard 130 milyon)

G qrupu: “Monako”, “Beşiktaş”, “Porto”, “Leyptsiq” (744 milyon)

H qrupu: APOEL, “Borussiya”, “Real”, “Tottenhem” (1 milyard 640 milyon)

 

Çempionlar Liqasında mübarizə aparacaq 32 klubun oyunçuları arasında transfer qiyməti ən bahalı göstərilən futbolçu Lionel Messidi. “Barselona”nın lideri 120 milyon avro ilə “Qarabağ” da daxil olmaqla 11 iştirakçı komandanı təkbaşına üstələyir. Onu 100 milyon avroluq dəyərlə “Real”ın forvardı Kriştianu Ronaldo izləyir.

0