SİZİN REKLAM BURADA

Antirekord təkrarlandı

“Qarabağ” avrokuboklar tarixindəki antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin I turunda Londonda “Çelsi” ilə görüşən Ağdam təmsilçisi ən ağır məğlubiyyətini növbəti dəfə yaşayıb.

 

Belə ki, təmsilçimiz “Stemford Bric”dəki 0:6 hesablı darmadağından daha ağır məğlubiyyət görməyib. Əyalət klubu bunadək də iki dəfə altı top fərqinə məyus olub.

 

İlk belə nəticə 1998-ci il avqustun 13-də qeydə alınıb. Həmin gün Danimarkada “Kopenhagen” ağdamlıları 6 cavabsız qola məyus edib.

 

Bir il sonra – iyulun 11-də isə Fransa “Monpelye”si öz meydanında eyni amansızlığı nümayiş etdirib.

 

Üçüncü belə acınacaqlı yenilgi isə 18 ildən sonra yaşanıb. Bu, həm də Qurban Qurbanovun rəhbərliyi altında ən ağır məğlubiyyət olub.

 

Digər Azərbaycan klubları daha böyük hesabla uduzsa da, “Qarabağ” üçün antirekord məhz 0:6 sayılır. Bu nəticə isə artıq 3-cü dəfə qeydə alınır.

 

Qeyd edək ki, ümumilikdə “Qarabağ”ın son böyükhesablı məğlubiyyəti ötən il noyabrın 24-də Çexiyada yaşanıb. Həmin gün “Slovan” 3 cavabsız qolla sevinib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10