[b]Yığmamızın potensial rəqibləri kim olacaq?[/b]
13.09.2017 - 09:46
[b]Yığmamızın potensial rəqibləri kim olacaq?[/b]

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmalar çərçivəsində 4 oyun keçirilib.

 

Azərbaycan millisinin birbaşa vəsiqə qazandığı AVRO-2018-ə son 4 yerə iddia edənlərin görüşləri gərgin mübarizə ilə diqqət çəkib. Belə ki, heç bir oyunda 2 top fərqi qeydə alınmayıb.

 

AVRO-2018-in pley-off mərhələsi

İlk oyunlar

12 sentyabr

Rumıniya – Gürcüstan – 2:2

Macarıstan – Polşa – 2:1

Çexiya – Serbiya – 3:4

Fransa – Xorvatiya – 1:1

 

Qeyd edək ki, cavab oyunları sentyabrın 26-da keçiriləcək.

0