[b]UEFA “Qarabağ”ı tarixə saldı[/b]
13.09.2017 - 10:39
[b]UEFA “Qarabağ”ı tarixə saldı[/b]

Londonda “Çelsi”yə 0:6 hesabı ilə uduzan “Qarabağ” Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az xəbər verir ki, Azərbaycan çempionu adını qitənin ən nüfuzlu klub turnirinin tarixinə antirekordla yazdırıb.

 

Bunu UEFA-nın rəsmi saytı açıqlayıb. Qurumun rəsmi hesablamalarına əsasən, “Qarabağ” Çempionlar Liqasındakı debütdə ən ağır məğlubiyyəti alıb.

 

Bunadək yalnız bir komanda debütdə belə acınacaqlı halla üzləşib. Belə ki, “Arsenal”a 0:6 hesabı ilə uduzan “Braqa”nın antirekordu təkrarlanıb.

 

Maraqlıdı ki, 2010-cu ildəki oyun da Londonda keçirilib və İngiltərə təmsilçisi qələbə qazanıb. Üstəlik, hər iki oyunda Sesk Fabreqas da iştirak edib. “Braqa” ilə görüşdə dubl edən ispaniyalı bu dəfə yalnız assistlə fərqlənib.

 

Qeyd edək ki, bu nəticə həm də “Çelsi”nin Çempionlar Liqasındakı ən böyük hesablı qələbə rekordunun təkrarı olub.

0