[b]“Qarabağ”la oyun bizim üçün təmiz səhifə oldu” - Mişi Batşuayi[/b]
13.09.2017 - 12:07
[b]“Qarabağ”la oyun bizim üçün təmiz səhifə oldu” - Mişi Batşuayi[/b]

“Bu qələbə komanda üçün çox yaxşı oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin hücumçusu Mişi Batşuayi deyib.

 

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edən “zadəganlar” meydanı 6:0 hesablı qələbə ilə tərk ediblər. London klubunun 5-ci qolunun müəllifi olan Batşuayi klubun rəsmi saytına açıqlamasında oyunu dəyərləndirib.

 

Belçikalı forvard Çempionlar Liqasında uğurlu debütündən danışıb: “Qarabağ”la oyun həm Markos Alonso, həm Davide Zappakosta, həm Nqolo Kante, həm də mənim üçün təmiz səhifə oldu. Çünki bu, bizim Çempionlar Liqasında ilk matçımız idi. Birinci oyundaca qələbə qazanmaq əla hissdi. Bilirsiniz ki, bir neçə oyun idi meydana çıxmırdım. Ancaq nə zaman şans əldə edirəmsə, bundan istifadə edib, qol vururam. Çempionlar Liqasında asan oyun olmur. Əgər bütün görüşlərdə qələbə hədəfləyirsənsə, bunların hamısını yüksək səviyyədə keçirməlisən. Artıq “Arsenal”la həftəsonu keçirəcəyimiz Premyer Liqa matçına köklənməliyik. Yaxşı hazırlıq keçib, qələbə qazanmalıyıq”.

 

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının V turu çərçivəsində sentyabrın 17-də “Arsenal”ı qəbul edəcək.

0