SİZİN REKLAM BURADA

“Qarabağ”a hörmətsizlik olmasın, amma...” - Eduards

“Müdafiədə oturan, qapalı komandalara qarşı oynamaq asan deyil”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin U-19 komandasının baş məşqçisi Co Eduards deyib.

 

UEFA Gənclər Liqasında “Qarabağ”ı qəbul edən londonlular 5:0 hesablı qələbə qazanıblar.

 

Klubun saytına açıqlama verən Eduards oyun haqda danışıb: “Qarabağ”la qarşılaşmada komandamızın nizam-intizamı yüksək səviyyədə idi. Ən çox bu, ürəyimcə oldu. “Qarabağ” ritmimizi pozmaq istəyirdi. İlk hissədə tez-tez fasilə yarandı. Rəqib dəfələrlə qayda pozuntusu etməklə, oyunu çirkinləşdirirdi və bu yolla nəticə əldə etmək istəyirdi. Belə hallarda komandamızın öz oyununu göstərməsi çətinləşirdi. Futbolçular bir neçə epizodda bu baxımdan problemlə üzləşsələr də, tapşırığın öhdəsindən gələ bildilər. Təbii ki, 5 qol vurmağımız bizi sevindirir. Amma keyfiyyətli futbolu ikinci hissədə göstərə bildik. Fəsilədə dəyişiklik etdik, 4-3-3 taktiki sxeminə keçdik. Bu da bəhrəsini verdi”.

 

Fasilədə futbolçulara təmkinli olmağı və səbrli davranmağı tapşıran Eduards “Qarabağ”ın ikinci hissənin əvvəlində bir nəfər azlıqda qalmasına da toxunub: “Qırmızı vərəqə oyunun bir hissəsidi. Bununla belə, fasilədə uşaqlara matçı 11 nəfərlə bitirməli olduğumuzu başa saldım. Mənə elə gəldi ki, “Qarabağ” bizi buna çəkirdi. Lakin futbolçularım buna imkan vermədilər”.

 

31 yaşlı çalışdırıcı qrupdan çıxmaq uğrunda mübarizənin “Çelsi”, “Atletiko” və “Roma” arasında gedəcəyini bildirib: “Qarabağ”a qarşı hörmətsizlik kimi çıxmasın, amma qrupdan növbəti mərhələyə adlamağı hədəfləyən 3 böyük komanda var. Bizim üçün uğurlu başlanğıc önəmli idi. Startda 5:0 hesablı qələbə əladı. Bu qollar qrup mərhələsinin sonunda komandanın işinə daha çox yaraya bilər”.

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10