[b]“Real”da daha bir yeni müqavilə[/b]
13.09.2017 - 17:33
[b]“Real”da daha bir yeni müqavilə[/b]

Madrid “Real”ında daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Marselo klubla anlaşmasının müddətini uzadıb.

 

Tərəflər arasında razılığa əsasən, Braziliya millisinin üzvü 2022-ci ilə qədər “Real”a məxsus olacaq. Müqavilənin detalları barədə hələlik heç bir açıqlama verilməyib. 29 yaşlı cinah oyunçusu sabah mətbuat konfransı keçirəcək.

 

Qeyd edək ki, Marselo 2007-ci ildən “Real”ın formasını geyinir.

0