SİZİN REKLAM BURADA

FİFA reytinqində yeni lider: Azərbaycan 13 pillə gerilədi

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avqustla müqayisədə siyahıda bir sıra dəyişikliklər diqqət çəkir.

 

Bu dəyişikliklərə DÇ-2018-in seçmə mərhələsinin və baş tutan yoxlama oyunları təsir edib.

 

Seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.

 

Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Buna görə də komandamız mövqeyini də əldən verib. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədi.

 

13 pillə geriləyən Azərbaycan millisi Syerra-Leoneni keçsə də, Fələstin, Keniya, İraq, Benin, Estoniya, Finlandiya, Kuraçao, Liviya, Qabon, Zambiya, Suriya, Norveç, Kipr və Kabo-Verdedən geri qalıb. 

 

Millimiz və “qonşular”ı

88 (91). Benin – 400

88 (102). İraq – 400

88 (82). Keniya – 400

91 (93). Fələstin - 389

92 (79). Azərbaycan – 388

93 (89). Farer adaları – 384

94 (92). Qvineya-Bissau – 381

95 (81). Konqo – 378

96 (95). Kanada - 368

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Yığmamızın qrupda keçirəcəyi son matçdakı rəqibi Almaniya Braziliyanı arxada qoyaraq, FİFA reytinqinin liderinə çevrilib. “Sambaçılar” 2-ci yerə enibsə, Portuqaliya “üçlüy”ə daxil olub.

 

İlk “onluq”

1 (2). Almaniya – 1606

2 (1). Braziliya – 1590

3 (6). Portuqaliya – 1386

4 (3). Argentina – 1325

5 (9). Belçika – 1265

6 (5). Polşa - 1250

7 (4). İsveçrə - 1210

8 (10). Fransa – 1208

9 (7). Çili – 1195

10 (8). Kolumbiya – 1191

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun mövqeyi dəyişməz qalıb. Almaniya 1, Şimali İrlandiya 3, Norveç 12 pillə irəliləyib. Çexiya isə 18 addım geri düşüb.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

1 (2). Almaniya – 1606

20 (23). Şimali İrlandiya - 945

58 (40). Çexiya - 630

73 (85). Norveç - 472

204 (204). San-Marino – 10

 

Qonşu Türkiyə yığması 33-cü yerdən 27-ciyə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 842 xal var.

 

Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 16-da açıqlanacaq.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10