[b]“Qarabağ”ın legionerləri “Çelsi” ilə oyun haqda...[/b]
14.09.2017 - 12:47
[b]“Qarabağ”ın legionerləri “Çelsi” ilə oyun haqda...[/b]

“Qarabağ”ın futbolçuları Dino Ndlovu və Pedro Enrike sosial şəbəkədə paylaşımlar ediblər. Apasport.az saytı xəbər verir ki, onlar şəxsi “İnstaqram” səhifələrində komandalarının Çempionlar Liqasında “Çelsi”yə 0:6 hesablı məğlubiyyətinə toxunublar.

 

Ndlovu azarkeşlərə səslənərək, uğursuz olmadıqlarını yazıb: “Hamı “Çelsi”yə uduzduğumuza görə məyus olur. Amma biz uğursuz yox, “Qarabağ”ıq. Bizdə alınmayanda həmişə “Allah böyükdü” deyirik və yolumuza davam edirik”.

 

Pedro Enrike də paylaşımını London məğlubiyyətinə həsr edib. Braziliyalı futbolçu “Çelsi” ilə matçın “Qarabağ”a böyük təcrübə qazandırdığını bildirib: “Böyükhesablı məğlubiyyətə baxmayaraq, bu, bizim üçün unikal və əla təcrübə oldu. Çempionlar Liqası şousunun bir parçasıyıq. Biz bundan artığını edə bilərik, çünki əsl komandayıq. Amma rəqibin səviyyəsini və böyüklüyünü də unutmamalıyıq. Biz birlikdə “Qarabağ”ıq”.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasındakı növbəti görüşünü sentyabrın 27-də Bakıda “Roma”ya qarşı keçirəcək.

 

0