[b]Yığmamızın onuncusu[/b]
14.09.2017 - 14:08
[b]Yığmamızın onuncusu[/b]

Samir Ələkbərov Azərbaycan millisinin tarixinə seçmə oyunlarda komandaya rəhbərlik edən 10-cu baş məşqçi kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis bu gün yığmanın “sükanı arxasına” keçib.

 

Avropa çempionatlarında ilk seçmə oyununu 1994-cü ildə keçirən millimiz debüt etdiyi AVRO-1996-dan indiyədək 9 çalışdırıcıya güvənib. Debütü oktyabrın 6-da Almaniya ilə səfər matçında gerçəkləşəcək Ələkbərov bu siyahıda yubiley mövqedə - 10-cu olacaq.

 

Düzdü, seçmə mərhələ həyəcanı yaşamayan qısamüddətli təyinatlar da olub. Lakin rəsmi matçlar səviyyəsində 9 baş məşqçisi olan yığmamız 10-a məhz Ələkbərovla çatır.

 

Komandamızın ilk çalışdırıcısı isə Valeri Hacıyev olub. Rekordçu isə 4 seçmə mərhələdə işləmiş Bernard Lippertdi. Yaşar Vahabzadə ilə Vaqif Sadıqov hərəyə üç tsikldə çalışıb. Hacıyevlə Əsgər Abdullayev iki seçmə mərhələdə şans qazanıbsa, 4 məşqçi yalnız bir tsikldə fəaliyyət göstərib.

 

AVRO-2019-un gedişində də baş məşqçi dəyişikliyinin gerçəkləşməsi ilə 4 tsikllik ənənə pozulub. Belə ki, ardıcıl 3 dəfə Lippert, 1 dəfə isə Vahabzadə seçmə mərhələni əvvəldən sonadək postunda qalıb. Nazim Əliyev 2 oyundan ibarət AVRO-2007-də dəyişməz məşqçi olub. Bir mərhələni tam çalışan ilk məşqçi isə AVRO-2002-də bunu bacaran Əsgər Abdullayevdi.

 

1. Valeri Hacıyev (AVRO-1996, AVRO-2004)

2. Vaqif Sadıqpv (AVRO-1998, AVRO-2000, AVRO-2006)

3. Ağasəlim Mircavadov (AVRO-2000)

4. Əsgər Abdullayev (AVRO-2002, AVRO-2004)

5. Yaşar Vahabzadə (AVRO-2004, AVRO-2017, AVRO-2019)

6. Təbriz Həsənov (AVRO-2006)

7. Nazim Əliyev (AVRO-2007)

8. Şakir Qəribov (AVRO-2009)

9. Bernard Lippert (AVRO-2009, AVRO-2011, AVRO-2013, AVRO-2015)

10. Samir Ələkbərov (AVRO-2019)

 

0