SİZİN REKLAM BURADA

Azərbaycan yığması belə rəqib görməyib!

Bu gün açıqlanan FİFA reytinqi Azərbaycan millisini dünyanın ən güclü komandası ilə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsindəki növbəti iki rəqibimizdən biri olan Almaniya yığması cədvəlin 1-ci pilləsində qərarlaşıb.

 

Bu isə o deməkdi ki, oktyabrın 8-də Kayzerslauterndə baş tutacaq qarşılaşmada yığmamız dünya reytinqinin “1 nömrə”si ilə görüşəcək. Söhbət rəqibin bizimlə oyun öncəsi açıqlanan son reytinqdəki mövqeyindən gedir. Robert Prosineçkinin yetirmələri isə bu cədvəldə yalnız 92-cidi.

 

Adı FİFA reytinqinə 1994-cü ildə daxil edilən Azərbaycan 23 illik tarixdə 2-ci dəfə siyahının lideri ilə görüşəcək. Reytinq lideri ilə ilk sınağımız isə 2009-cu ildə baş tutub.

 

Onda Bakıya Avropa çempionu və reytinqin ən yaxşısı kimi gələn İspaniya iyunun 9-da keçirilən yoldaşlıq oyununda amansız olmuşdu. Pireneylilər yığmamızı 6 cavabsız qolla darmadağın etmişdi.

 

Lakin həmin görüş yoxlama xarakteri daşıyıb. Komandamız seçmə mərhələlərdə heç vaxt reytinq lideri ilə üz-üzə gəlməyib. Bu üzdən də yığmamız üçün Kayzerslauterndəki görüş tarixinin ən çətin sınağı sayılmalıdı. Planetin 1-cisi ilə seçmə oyunundakı rəqibin həm də son dünya çempionu olduğunu da qeyd edək.

 

Seçmə oyunlarındakı ən yüksək reytinqli rəqibimiz də elə Almaniya olub. Bu il martın 26-da Bakıda qonağımız olan Bundestim ölkəmizə dünya üçüncüsü kimi gəlmişdi. Lakin arxada qalan 6 ayda Yoahim Lövün yetirmələri 1-ci pilləyədək irəliləyib. Həmin vaxt 4:1 hesabı ilə qalib gələn rəqibimiz həm reytinqdə mövqeyini yaxşılaşdırıb, həm də bu dəfə öz meydanında oynayacaq.

 

Qeyd edək ki, oktyabrdakı digər rəqib Çexiya siyahıda 58-cidi.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10