[b]Britaniyalı nazir “Qarabağ”a “Çelsi” üzərində 7:0 hesablı qələbə arzulayıb[/b]
14.09.2017 - 15:28
[b]Britaniyalı nazir “Qarabağ”a “Çelsi” üzərində 7:0 hesablı qələbə arzulayıb[/b]

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Çelsi” – “Qarabağ” oyununa münasibət bildirib. APA-nın məlumatına görə, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.

 

Alan Dunkan Azərbaycan çempionuna “Çelsi”ni Bakıda 7:0 hesabı ilə məğlub etməyi arzulayıb: “Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. “Çelsi” – “Qarabağ” matçında komandanız məğlub olsa da, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil. Nəticə getdikcə yaxşılaşacaq”.

 

O, əfsanəvi hakim Tofiq Bəhramovun Britaniyada hörmətlə yad edildiyini də bildirib: "Onun adı Britaniyanın futbol tarixinə yazılıb".

0