SİZİN REKLAM BURADA

Daha bir braziliyalı futbolçu “Real”da!

Madrid “Real”ı daha bir futbolçu ilə anlaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” “Qremio”nun yarımmüdafiəçisi Rodriqo Rodrigesin transferini həll edib.

 

17 yaşlı Rodriges 18 yaşı tamam olduqdan sonra Avropaya yollana biləcək və “Real”ın formasını geyinəcək. Bu barədə Braziliya təmsilçisinin prezidenti Genilson da Roşa məlumat verib. O bildirib ki, Rodriges gələn il İspaniyaya köçəcək: “Rodriqo həkim müayinəsindən keçmək üçün hazırda Madriddədi. Hər hansı bir problem çıxmasa, “Real”la 6 illik müqavilə imzalayacaq. Rodriqo ideal hücumameyilli oyunçudu. “Real” kimi komandaya keçməsi və onun Avropanın böyük turnirlərdəki iştirakını görmək bizim üçün qürurverici olacaq”.

 

Qeyd edək ki, “Real” bir müddət əvvəl “Flamenqo”nun hücumçusu Vinisyus Junioru transfer edib. 17 yaşlı futbolçu 2019-cu ilin yayından La Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10