[b]"Sumqayıt" və "İnter"dən bərabərlik, “Neftçi” "Zirə"yə uduzdu - YENİLƏNİB[/b]
16.09.2017 - 20:59
[b]"Sumqayıt" və "İnter"dən bərabərlik, “Neftçi” "Zirə"yə uduzdu - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma baş tutub.

 

Mərkəzi görüş sayıla biləcək matçda “İnter” “Sumqayıt”la üz-üzə gəlib. Turnir cədvəlinin ortababları hərəyə bir qol vuraraq hərəyə bir xal qazanıblar.

 

İlk oyun gününə paytaxt derbisi ilə yekun vurulub. Çempionatın lideri “Zirə” Azərbaycanın ən titullu klubu “Neftçi”nin qonağı olub.

 

Tarixinin ən ağır dövrünü yaşayan “ağ-qaralar” yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında ilk matçına çıxıb. “Neftçi” “Zirə” sindromunu qıra bilməyib. “Qara zolaq”dan qurtula bilməyən komanda bu dəfə 1:2 hesablı məğlubiyyətə üzülüb. Startda 4 məğlubiyyətsiz matç keçirən və hər oyunda qol vuran “Zirə” isə bu dəfə də qalib gələrək zirvədəki mövqeyini qoruyub.

 

Azərbaycan Premyer Liqası

V tur

16 sentyabr (şənbə)

 

“Neftçi” – “Zirə” - 1:2

Qırmızı vərəqə: Mirabdulla Abbasov, 86 (ikinci sarı)

Qol: Barqas, 53 - Vüsal İsgəndərli, 17, Qadze, 52

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov

8-ci km stadionu

 

“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 7. Namik Ələsgərov, 9. Uqu Barqas, 10. Derlis Meza Kolli, 11. İqnasio Errera, 12. Daniel Seqoviya, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov

Ehtiyat oyunçular: 3. Mateo Mujik, 4. Rahil Məmmədov, 16. Pavel Dreska, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 23. Tərzin Cahangirov, 26. Ömər Buludov, 27. Məqsəd İsayev, 53. Maksim Vaylo

Baş məşqçi: Tərlan Əhmədov

 

“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 14. Qabriel Matey, 17. Vüsal İsgəndərli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 98. Elçin Əliyev, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov

 

 

“İnter” – “Sumqayıt” - 1:1

Qollar: Sertan Taşkın, 11 - Rəşad Eyubov, 49

 

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov

“İnter Arena”

 

“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev

Baş məşqçi: Zaur Svanadze

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov

Baş məşqçi: Samir Abasov

 

Turnir cədvəli

 

1

Zirə

5

4

1

0

11-4

13

2

Qarabağ

3

3

0

0

6-2

9

3

Qəbələ

4

2

1

1

5-4

7

4

İnter

5

2

1

2

6-6

7

5

Sumqayıt

5

2

1

2

5-6

7

6

Səbail

3

1

0

2

2-3

3

7

Neftçi

5

0

1

4

2-7

1

8

Kəpəz

4

0

1

3

3-8

1

 

Bombardir: Mahir Mədətov (“Qarabağ”) – 3.

 

0