[b]Pavel Paşayev əvəzləndi, komandası ilk qələbəsini qazandı[/b]
16.09.2017 - 16:55
[b]Pavel Paşayev əvəzləndi, komandası ilk qələbəsini qazandı[/b]

Ukrayna Premyer Liqasında IX tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında milli komandamızın oyunçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” meydana çıxıb.

 

Təmsilçimizin klubu “Stal”ı qəbul edib. Görüş “Aleksandriya” üçün uğurlu alınıb. Komanda rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu, “Aleksandriya”nın mövsümdə ilə qələbəsi olub.

 

Qarşılaşmaya start heyətində başlayan Pavel 28-ci dəqiqədə hesab 1:1 olarkən əvəzlənib.

 

Qeyd edək ki, 9 oyundan sonra xalını 7-yə çatdıran “Aleksandriya” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

 

0