[b]“Futbolçulara irad bildirməyə utanırdım” – Samir Abasov[/b]
16.09.2017 - 19:07
[b]“Futbolçulara irad bildirməyə utanırdım” – Samir Abasov[/b]

“Xeyli qol vəziyyətimiz olsa da, sönük oyun keçdi. Günəşin istisinə görüş salan adam fikirləşməldi ki, meydanda 22 nəfər oynayır. İsti olduğu üçün futbolçulara irad bildirməyə də utanırdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” baş məşqçisi Samir Abasov deyib.

 

Azərbaycan Premyer Liqasının V turunda səfərdə “İnter”lə qarşılaşan “kimyaçılar” qollu heç-heçə edib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Qol vurmaq üçün xeyli imkanımız olsa da, yararlana bilmədik və “İnter” həmişəki taktikasından istifadə edib fərqləndi. Heç-heçə ilə razı olsaq da, qələbə qazana biləcəyimiz oyun idi”.

 

-Ümumiyyətlə, oyunun hansısa başqa saata keçirilməsi ilə bağlı PFL-ə müraciət etmişdinizmi?

-Xeyr, bu, ev sahibinin öhdəsinə düşən məsələdi. Hava normal futbol oynamağımıza imkan vermədi.

 

-Sağ cinahda taktiki dəyişiklik etdiniz və Cavid Tağıyevi ora atdınız...

- Sadəcə, həddindən artıq hücuma atıldıq, qol vurmaq istədik. Tural Axundov bir qədər çox irəli getdiyi üçün, mərkəz müdafiəçilərimizdən biri o mövqeni bağlamalı idi. Ümumiyyətlə, hansısa mövqenin zəif çıxış etməsindən narazı deyiləm. Ən böyük problemimiz qol imkanlarından yararlana bilməməkdi.

0