[b]Svanadze günahı yayımçının üstünə atdı: Mən heç nə bilmirəm[/b]
16.09.2017 - 19:12
[b]Svanadze günahı yayımçının üstünə atdı: Mən heç nə bilmirəm[/b]

“Oyunun nəticəsini ədalətli hesab edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Premyer Liqasının V turunda doğma meydanında “Sumqayıt”la qarşılaşan paytaxt klubu qollu heç-heçə edib – 1:1.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gürcü mütəxəssis fikirlərini bildirib: “İlk hissəyə yaxşı başlamasaq da, ikinci hissədə öz oyunumuzu düzəltdik. Hətta matçın sonuna yaxın irəli keçmək üçün imkanımız da oldu. Ancaq bu istidə keyfiyyətli futbol sərgiləmək mümkün deyil. Özünüz də gördünüz ki, bəzi oyunçularımız meydanda sərilib qalmışdı”.

 

- Oyunun başlama saatına etiraz etməmişdiniz? Ümumiyyətlə, bu saatı kim fikirləşib?

- Bizə deyirlər ki, yayımçı telekanal müəyyənləşdirir. Başqa heç nə bilmirəm.

 

- Sizdən öncə həmkarınız qeyd etdi ki, işıqlandırma sistemində olan problemə görə, matç belə erkən başlayıb...

- Mübahisə etmək niyyətində deyiləm. Mən heç nə bilmirəm.

0