[b]Jozef Bum: Çox çətin liqanız var – MÜSAHİBƏ[/b]
17.09.2017 - 01:04
[b]Jozef Bum: Çox çətin liqanız var – MÜSAHİBƏ[/b]

“Neftçi”yə qarşı 90 dəqiqə mübarizə aparan və komandasının qələbəsində pay sahibi olan “Zirə”nin müdafiəçisi Jozef Bum qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun necə keçdi?

- Bütün oyunlar çətin keçir. Buna görə də məşqçilərimiz hər oyundan əvvəl bizə konkret tapşırıqlar verir.

 

- Rəqibin çətin vəziyyətdə olması qələbənizə nə dərəcədə kömək etdi?

- Bunun ciddi təsiri olduğunu düşünmürəm. Əksinə, belə vəziyyətdə rəqibin daxilində istək daha güclü olur. Çünki onlar vəziyyətdən çıxmaq istəyirlər. Belə halda onlarla oynamaq çətin olur. Vacib olan bizim ilk qolu vurmağımızdı. Çünki qoldan sonra onların toparlanmağı çətin olur.

 

- “Qarabağ”ın gücünü bilirsiz. “Qəbələ” ilə isə ötən tur qarşılaşmısınız. Hansı komandaların çempionluq üçün mübarizə aparacağını düşünrsüz?

- “Neftçi”nin bu qədər problemi olmasına və xallar itirməsinə baxmayaraq, hətta onlar da çempionluq uğrunda mübarizə apara bilər. Başa düşürəm, “Qarabağ” fərqli futbol nümayiş etdirir. Ancaq “Qəbələ”, “Neftçi”, “İnter” və təbii ki, biz bu mübarizəyə qoşula bilərik. Çox çətin liqanız var.

 

- Dörd dövrəli sistemlə keçirilən çempionatda oynamısınız, yoxsa ilk dəfə iştirak edirsiniz?

- Maraqlı və çətin bir yarışdı. Çünki hər kəs bir-birini yaxşı tanıyır. Çünki bir mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Amma 18 komandalı çempionatda komandalar bir-biri ilə cəmi 2 dəfə üz-üzə gəlir. Hər iki sistem çox fərqlidi.

 

- 2:0-dan sonra dərhal qol buraxdınız. Qələbəni əldən vermə ehtimalıyla bağlı həyəcan var idi?

- İkinci qoldan sonra konsentrasiyanı itirə biləcəyimizdən ehtiyatlanırdım. Buna görə də komanda yoldaşlarıma xəbərdarlıq edirdim. 2:1-dən sonra əks-hücumlarda fərqi artırma imkanımız oldu.

 

- Oyundan əvvəl “Neftçi”nin çempionatda “Zirə”ni məğlub edə bilmədiyini demişdilər?

- Bu haqda məlumatım yox idi, yeni öyrənirəm. Komanda yoldaşım İqbekoyi 50-ci qolunu vurdu, onu da yeni öyrənirəm. Birinci dövrədən sonra çox məlumatlı olacam.

 

- Türk dilini bilirsiz. Bəs Azərbaycan dilini öyrənmək istəmirsiz?

- Hər iki dil bir-birinə çox bənzəyir. Sadəcə, Azərbaycan dilində Rus dilindən alınmış sözlər çoxdu. Amma belədə Azərbaycan dilində danışılanda anlayıram. Hansısa ölkəyə gedirsənsə, dili öyrənməyin lazımdı.

0