[b]“Qarabağ” və “Qəbələ” üçün itkisiz tur - YENİLƏNİB[/b]
17.09.2017 - 22:55
[b]“Qarabağ” və “Qəbələ” üçün itkisiz tur - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki gün davam edən tur Bakıda başa çatıb. Ümumiyyətlə, turun bütün matçları paytaxtda keçirilib.

 

“Qarabağ” “Kəpəz”i qəbul edibsə, “Qəbələ” “Səbail” səfərinə yollanıb.

 

Çempionlar Liqasında “Çelsi”dən 6 cavabsız qol buraxan Qurban Qurbanovun yetirmələri azarkeşlərini qələbə ilə sevindirə bilib. Ötən turun “Səbail”lə görüşü təxirə salındığından ağdamlılar 22 gündən sonra Premyer Liqa matçına çıxıblar. Görüş isə 2:0 hesabı ilə Qurban Qurbanovun komandasının xeyrinə başa çatıb. Coşqun Diniyev və Dani Kintana fərqləniblər.

 

Tura debütantın oyunu ilə yekun vurulub. “Səbail” öz meydanında “Qəbələ”ni qəbul edib. Qonaqların 3:1 hesablı qələbəsi iki komanda arasındakı səviyyə fərqini ortaya qoyub.

 

Azərbaycan Premyer Liqası

V tur 

17 sentyabr (bazar)

 

“Səbail” – “Qəbələ” - 1:3

Qollar: Vüqar Nadirov, 56 - Dabo, 42, 90, Asif Məmmədov, 60

 

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Füzuli Nəcəfov

“Dalğa Arena”

 

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Amirhossein Najafi, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 26. Kamal Qurbanov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 34. Urfan Abbasov 
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 7. Alen Askerov, 11. Asif Məmmədov, 17. Roman Hüseynov, 20. Rövlan Muradov, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk

 

 

“Qarabağ” – “Kəpəz” - 2:0

Qollar: Coşqun Diniyev, 34, Dani Kintana, 80

 

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Tofiq Bəhramov adına Respublika stadionu

 

“Qarabağ”: 1. Anton Konibalotski, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 18. Tarik Elyunussi, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 19. Famil Camalov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 99. Dani Kintana 
Baş məşqçi: Qurban Qurbanov

 

“Kəpəz”: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 20. Samba Dialo, 8. Viktor Oseqeyl 
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 18. Tural Cəlilov, 19. Aydın Qasımov, 11. Kamran Abdullazadə, 9. İlkin Sadıqov, 7. Sergey Çernişev, 2. Yusif Cəfərov
Baş məşqçi: Şahin Diniyev

 

Turnir cədvəli

 

1

Zirə

5

4

1

0

11-4

13

2

Qarabağ

4

4

0

0

8-2

12

3

Qəbələ

5

3

1

1

8-5

10

4

İnter

5

2

1

2

6-6

7

5

Sumqayıt

5

2

1

2

5-6

7

6

Səbail

4

1

0

3

3-6

3

7

Neftçi

5

0

1

4

2-7

1

8

Kəpəz

5

0

1

4

3-10

1

 

Bombardir: Mahir Mədətov (“Qarabağ”) – 3.

0