[b]Rumıniya yığmasında yeni baş məşqçi - FOTO[/b]
18.09.2017 - 09:19
[b]Rumıniya yığmasında yeni baş məşqçi - FOTO[/b]

Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu posta Kosmin Kontra gətirilib.

 

41 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, yığmanın baş məşqçisi postunda almaniyalı Kristof Daumu əvəzləyib. DÇ-2018-in seçmə mərhələsinin 8 oyununda 9 xal toplayıb, mundial şansını itirəndən sonra almaniyalı istefaya göndərilib.

 

Qeyd edək ki, futbolçu kimi “Alaves”, “Milan”, “Vest Bromviç” və “Atletiko”da çıxış etmiş Kontra Rumıniya millisində 73 matç keçirib. 2011-ci ildə karyerasını bitirən rumıniyalı “Timişoara”, “Petrolul”, Buxarest “Dinamo”su, “Xetafe”, “Alkoron”, “Quançjou Fuli”nin baş məşqçisi olub.

 

0