[b]Üç futbolçu təhlükədə[/b]
18.09.2017 - 12:08
[b]Üç futbolçu təhlükədə[/b]

Azərbaycan Premyer Liqasının V turundan sonra bir futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, ikinci sarı vərəqə üzündən meydandan qovulan “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov ən azı bir turluq “istirahət qazanıb”.

 

Sarı vərəqə limiti üzündən cəzalı duruma düşən olmasa da, təhlükə ilə üz-üzə qalan oyunçuların sayı artıb. Söhbət 3 sarı vərəqə ilə cəzanın bir addımlığında olanlardan gedir.

 

V turda sarı vərəqə alan Şəhriyar Əliyev 3-cü belə oyunçudu. “Kəpəz”in üzvü “Qarabağ”la görüşdə vərəqə limitinə yaxınlaşıb.

 

Şəhriyara qədər hesabında 3 sarı vərəqəsi olan Kiril Petrov (“Neftçi”) və Samir Zərgərovun (“İnter”) cəzalı duruma düşməsi ertələnib. Sonuncu V turda meydana çıxmadığından, ukraynalı bu dəfə intizamlı çıxış etdiyindən 4-cü sarı vərəqəsini almayıb. Növbəti turda alınacaq xəbərdarlıq Kiril, Samir və Şəhriyar üçün “qırmızı işıq” rolunu oynayacaq. Cəzalanan futbolçu dövrənin son turunu buraxacaq.

 

0