[b]“Qələbə bizə müsbət təsir göstərəcək” – “Qarabağ”ın rəqibi[/b]
18.09.2017 - 12:51
[b]“Qələbə bizə müsbət təsir göstərəcək” – “Qarabağ”ın rəqibi[/b]

“Mənim üçün komandamın qələbə qazanması əsas idi. Biz də bu missiyanın öhdəsindən gəldik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Roma”nın futbolçusu Lorentso Pelleqrini deyib.

 

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan paytaxt klubu İtaliya çempionatının IV turunda “Verona”nı üstələyib - 3:0.

 

Bu görüş haqda fikirlərini bildirən 21 yaşlı yarımmüdafiəçi qələbənin növbəti görüşlər öncəsi onlara müsbət təsir göstərəcəyini deyib: “Evdə oynadığımızdan, meydana 3 xal üçün çıxmışdıq. Bizim üçün vacib matç idi. Çempionlar Liqasının qrupunda keçirdiyimiz ilk qarşılaşmada heç-heçə ilə kifayətlənməli olmuşduq. Razıyam, “Atletiko” ilə görüşdəki 1 xal da bizim üçün yaxşı nəticə idi. Çünki güclü komandaya qarşı oynamışdıq. Bununla belə, azarkeşlərimizi sevindirmək və növbəti oyunlar öncəsi qələbə qazanmaq önəmli idi”.

 

İtaliya millisinin üzvü qarşıdakı matçlara da qalibiyyət üçün çıxacaqlarını qeyd edib: “Qələbə bizə müsbət təsir göstərəcək. Komandada hər şey qaydasındadı. Sadəcə, futbolçuların bir-birlərinə tam uyğunlaşması üçün vaxta ehtiyac var. Artıq oyunumuzda müsbət dəyişikliklər hiss olunur. Hamı baş məşqçinin etimadını doğrultmağa, özünü yaxşı tərəfdən göstərməyə çalışır”.

 

Qeyd edək ki, “Roma” Çempionlar Liqasında ikinci görüşünü “Qarabağ”a qarşı keçirəcək. Matç sentyabrın 27-də Bakıda baş tutacaq.

 

0