[b]Baş məşqçidən sərt ittiham: Qəsdən xal itirdiniz?[/b]
18.09.2017 - 13:17
[b]Baş məşqçidən sərt ittiham: Qəsdən xal itirdiniz?[/b]

Moskva “Spartak”ı Rusiya Premyer Liqasının X turunda gözlənilmədən “Tosno” səfərində büdrəyib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, son çempionun axırıncı dəqiqələrdə buraxılan qollar sayəsində 1 xalla kifayətlənməsi baş məşqçi Massimo Karreranı qəzəbləndirib.

 

İtaliyalı mütəxəssis qarşılaşmadan sonra futbolçularının ünvanına ittihamlar səsləndirib. O, paltardəyişmə otağında oyunçularına “Siz mənim getməyimi istəyirsiniz? Qəsdən belə edirsiniz?”, deyib. Bununla Korrera komandada onun “torbasının tikildiyinə” işarə vurub.

 

Qeyd edək ki, “Spartak” son 5 dəqiqəyə 2:0 hesabı ilə öndə girsə də, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. 10 turdan sonra Moskva təmsilçisi 13 xalla 8-ci pillədə qərarlaşıb.

0