[b]“Zirə”dən yubiley zəfər[/b]
18.09.2017 - 13:25
[b]“Zirə”dən yubiley zəfər[/b]

“Zirə” Azərbaycan çempionatlarında 10-cu səfər qələbəsini qazanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, qəsəbə klubu bu yubileyə “Neftçi” ilə paytaxt derbisində çatıb.

 

2:1 hesablı qələbə qazanan zirəlilər bunadək rəqib meydanlarında 9 dəfə 3 xal qazanmışdılar.

 

10-cu səfər zəfəri 35-ci görüşə təsadüf edib. Bakılılar rəqib meydanında 13 heç-heçə edib, 12 dəfə uduzublar. Bu görüşlərdəki top fərqində tarazlıq hökm sürür – 32:32.

0