[b]“Barselona”nın təklifi ağlımı başımdan almışdı” - FOTO[/b]
18.09.2017 - 15:02
[b]“Barselona”nın təklifi ağlımı başımdan almışdı”  - FOTO[/b]

“Barselona”nın heyətinə qata bilmədiyi “Liverpul”un futbolçusu Filipp Koutinyo maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, o, Kataloniya klubundan aldığı təklif haqda fikirlərini bildirib.

 

ESPN-ə açıqlama verən braziliyalı yarımmüdafiəçi “Barsa”dan gələn təklifin onun ağlını başından çıxardığını etiraf edib: “Başımın transfer söhbətinə qarışdığı bir ayı geridə qoydum. Mənə iş təklifi gəldi. Bəzən belə təkliflər insanın ağlını başından alar. Hamı bilir ki, nəzərdə tutduğum həmin təklif mənimlə yanaşı, ailəmin də marağını çəkmişdi. Hazırda “Liverpul”dakı karyeramı davam etdirirəm. Bu klubun formasını geyinmək də mənim üçün şərəfdi”.

 

Koutinyo bu mövsüm “Liverpul”un formasını ilk dəfə həftəsonu “Bernli” ilə çempionat matçında geyinib.  

 

Qeyd edək ki, “Barselona” Koutinyoya 160 milyonluq təklif irəli sürsə də, bu da “mersisaydlar”ın onu satması üçün yetərli olmamışdı.  

0