[b]Ulduz futbolçuya 2 illik cəza verildi[/b]
18.09.2017 - 15:02
[b]Ulduz futbolçuya 2 illik cəza verildi[/b]

“Everton”un hücumçusu Ueyn Runi məhkəmə önünə çıxıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, məhkəmə ulduz futbolçunun avtomobili içkili idarə etdiyini təsdiqləyib.

 

Sentyabrın 1-də evinin yaxınlığındakı Çeşir qraflığında saxlanılan 32 yaşlı futbolçuya avtomobil idarə etmək qadağan olunub. Belə ki, məhkəmə Runini 2 il müddətinə sürücülük hüququndan məhrum etməyi qərara alıb. Bundan əlavə İngiltərə millisinin sabiq üzvü 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da alıb.

 

Qeyd edək ki, Runinin içkili olduğu zaman idarə etdiyi avtomobil onun gecə klubunda tanış olduğu bir qadına məxsus olub. Həmin vaxt futbolçunun hamilə həyat yoldaşı və 3 övladı istirahətdə olublar.

0