[b]Səlahət Ağayev əməliyyat olunacaq[/b]
18.09.2017 - 15:09
[b]Səlahət Ağayev əməliyyat olunacaq[/b]

“Neftçi”nin qapıçısı Səlahət Ağayev əməliyyat olunacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qolkiper sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat masasına uzanacaq.

 

Təcrübəli futbolçu bunun üçün sabah – sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək.

 

Əməliyyat "Acıbadəm” xəstəxanasında baş tutacaq.

 

Qeyd edək ki, Səlahət Ağayevin iştirak etmədiyi görüşdə “Neftçi” öz meydanında “Zirə”yə 1:2 hesabı ilə uduzub. 

0