[b] “Qarabağ”la “Səbail”in Elo fərqi[/b]
18.09.2017 - 15:43
[b] “Qarabağ”la “Səbail”in Elo fərqi[/b]

Avropa klublarının Elo reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, futbol ekspertlərinin tərtib etdiyi cədvəldə qitənin bütün liqalarının komandaları yer alıb.

 

Təkcə avrokubok iştirakçılarının deyil, bütün qitəni əhatə edən cədvəldə Azərbaycanın 8 klubunun da mövqeyi bəlli olub. Premyer Liqada mübarizə aparan təmsilçilərimiz ölkə çempionatı, kuboku və avrokuboklardakı nəticələrinə görə Elo reytinqi ilə əmsallar qazanıb.

 

PSJ-nin 1-ci yerdə olduğu siyahıda ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ”dı. Son illərin dəyişməz çempionu Avropada 184-cüdü. Yalnız Premyer Liqanın debütantı “Səbail” qitənin 1000 ən yaxşısı arasında düşməyib. Bu da onların Premyer Liqada yeni olması ilə bağlıdı.

 

Qeyd edək ki, cədvəldə ilk üç yeri PSJ (2517,34), “Real” (2502,94) və “Barselona” (2495,89) tutur.

 

Azərbaycan klubları Avropa Elo reytinqində

184. “Qarabağ” – 1947,14

290. “Qəbələ” – 1882,18

588. “Zirə” – 1773,05

648. “İnter” – 1754,46

754. “Neftçi” – 1720,76

828. “Kəpəz” – 1702,73

895. “Sumqayıt” – 1683,84

1581. “Səbail” – 1544,84

 

0