[b]Adına mərc qoyulan məşqçi ölü çıxdı[/b]
18.09.2017 - 16:25
[b]Adına mərc qoyulan məşqçi ölü çıxdı[/b]

İngiltərə futbolunda maraqlı hadisə baş verib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bu dəfə yerli bukmeker kontorlarından biri qeyri-adi addımla gündəmə gəlib.

 

Məsələ burasındadı ki, Harri Rednappın istefasından sonra mərc operatoru “Birmingem”in yeni baş məşqçisinin kimliyi ilə bağlı pul qoyuluşunu açıq elan edib. İki namizəddən biri “Tottenhem”in sabiq məşqçisi Uqo Ehioqu göstərilib ki, İngiltərə yığmasının keçmiş müdafiəçisi apreldə vəfat edib. Digər namizəd isə İngiltərənin tanınmış musiqiçisi Ozzi Osborn göstərilib. Hər iki şəxsin qələbə əmsalı 2,5 olub.

 

Şirkət rəhbərliyi tezliklə səhvini başa düşüb və üzr istəyərək, 5 dəqiqə sonra mərci sistemdən çıxarıb. Bu müddətdə heç kimin pul qoyuluşu etmədiyi də vurğulanıb.

0