[b]Emin Mahmudovun "Neftçi"yə keçidi rəsmiləşdi[/b]
18.09.2017 - 16:42
[b]Emin Mahmudovun "Neftçi"yə keçidi rəsmiləşdi[/b]

"Neftçi” daha bir transferə imza atıb. Apasport.az klubun saytına istinadən məlumat verir ki, yarımmüdafiəçi Emin Mahmudovla mövsümün sonunadək müqavilə bağlanıb.

 

25 yaşlı futbolçunun 8 nömrəli formanı geyinəcək. Rusiyanın "Saturn” klubunun yetirməsi olan Mahmudovun sonuncu klubu "Boavişta” (Portuqaliya) olub. O, Azərbaycan milli komandasının üzvüdü.

 

0