[b]Bundesliqa klubunda yeni baş məşqçi[/b]
18.09.2017 - 17:22
[b]Bundesliqa klubunda yeni baş məşqçi[/b]

“Volfsburq” klubunda baş məşqçisi dəyişikliyi reallaşıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi Andris Yonkerlə yollarını ayırıb.

 

Komandanın mövsümə uğursuz start götürməsi və ilk 4 turda aktivinə cəmi 4 xal yazdırması Yonkerin qovulması ilə nəticələnib.

 

Rəhbərlik vaxt itirmədən yeni çalışdırıcısını müəyyənləşdirib. Belə ki, komanda “Maynts”ın sabiq baş məşqçisi Martin Şmidtə tapşırılıb. Onunla 2 illik müqavilə imzalanıb.

0