[b]Avro-2017: Türkiyə millisi Bakıya gətirəcəyi heyəti açıqladı[/b]
18.09.2017 - 18:34
[b]Avro-2017: Türkiyə millisi Bakıya gətirəcəyi heyəti açıqladı[/b]

Qadın voleybolçulardan ibarət Türkiyə millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Covanni Quidetti Azərbaycan və Gürcüstanda keçiriləcək Avro-2017 üçün 15 oyunçuya dəvət göndərib.

 

Təcrübəli mütəxəssisin düşərgədə 3 libero saxlaması da səbəbsiz deyil. Zədədən əziyyət çəkən Gizem Örgenin müalicəsi davam etdiyindən son anda 1 libero heyətdən kənarlaşdırılacaq.

 

Gözlənildiyi kimi, Quidetti Neslihan Demirin xidmətində maraqlı olmayıb.

 

Toppaylayıcılar: Naz Akyol, Qamze Alikaya 
Blokçular: Eda Erdem Dündar, Kübra Çalışkan, Bahar Toksoy Hücumçular: Polen Uslupehlivan, Meryem Boz, Gözde Kırdar, Güldeniz Önal, Neriman Özsoy, Hande Baladin, Tuğba Şenoğlu 
Liberolar: Merve Dalbeler, Gizem Örge, Simge Aköz

 

Qeyd edək ki, matçlarını Bakıda keçirəcək “ay-ulduzlular” C qrupunda Rusiya, Bolqarıstan və Ukrayna ilə oynayacaqlar.
 

0