[b]Fransa futbolunda növbəti şantaj qalmaqalı: Video üçün 100 min istədilər[/b]
18.09.2017 - 20:21
[b]Fransa futbolunda növbəti şantaj qalmaqalı: Video üçün 100 min istədilər[/b]

Fransa millisinin və PSJ-nin müdafiəçisi Leyvin Kurjava xoşagəlməz olayla qarşılaşıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyunçu şantaja məruz qalıb.

 

Parisdəki barlardan birində dostları ilə dincələn və qəlyan çəkən futbolçu baş məşqçi Didye Deşamı da tənqid edib. Onun sözlərini və hərəkətlərini telefonla qeydə alan yanındakılar isə həmin video görüntüləri ictimaiyyətə açıqlamamaq üçün Kurjavadan 100 min avro tələb ediblər.

 

Müdafiəçi isə polisə zəng edərək görüş yerinə onlarla birlikdə yollanıb. Fransa mətbuatının xəbərinə görə, polis müəyyən edib ki, həmin şəxslər futbolçu onlarla birlikdə olarkən onun evini də qarət etmək istəyirmişlər.

 

Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar 5 nəfəri həbs ediblər.

 

Qeyd edək ki, bu, fransız oyunçuların video görüntü ilə bağlı ilk skandalları deyil. Daha əvvəl PSJ-nin keçmiş müdafiəçisi Serj Orye Periskop sosial şəbəkəsində millinin o vaxtkı baş məşqçisi Loran Blanı tənqid etmişdi. Hazırda Madrid “Real”ında çıxış edən Karim Benzema da seks videosu skandalına görə uzun müddətdir milli komandadan kənarda qalıb.

0