[b]“Barselona” şikayət edəcək: Zədəyə qazon səbəb olub[/b]
18.09.2017 - 21:44
[b]“Barselona” şikayət edəcək: Zədəyə qazon səbəb olub[/b]

İspaniya La Liqasının 4-cü turu çərçivəsində baş tutmuş “Xetafe” ilə səfər oyununda (2:1) zədələnmiş “Barselona”nın hücumçusu Osman Dembelenin 4 aylıq sıradan çıxması barədə məlumat vermişdik. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi xroniki zədəsi olmayan 20 yaşlı hücumçunun sıradan çıxmasının səbəbini müəyyənləşdirib.

 

İspaniya mətbuatında yer alan xəbərlərdə “Barsa”nın Dembelenin zədələnməsinə səbəb kimi “Xetafe”nin stadionunun ot örtüyünü göstərdiyi qeyd edilib. Belə ki, klub rəhbərliyi oyundan öncə qazonun otlarının biçilməməsinin, həmçinin meydançanın sulanmamasının Dembelenin zədələnməsinə səbəb olduğunu deyib.

 

“Barsa” rəhbərliyinin meydançanın biçilməsi və sulanmasının cəmi 500 avro xərci olduğunu bildirdiyi, bu məsələdə səhlənkarlıq etmiş “Xetafe” klubundan federasiyaya şikayət edəcəkləri vurğulanıb.

0