[b]Tarix yazan cüdoçularımız Bakıda - FOTOSESSİYA[/b]
19.09.2017 - 08:54
[b]Tarix yazan cüdoçularımız Bakıda - FOTOSESSİYA[/b]

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında birinci olan, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar. 


Qeyd edək ki, Avropa çempionatında ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Rəşxan Baxışəliyev (55 kq), Murad Fətiyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıblar.

0