[b]Bundestim kapitanını itirdi: Millimizlə oyunu buraxacaq[/b]
19.09.2017 - 09:13
[b]Bundestim kapitanını itirdi: Millimizlə oyunu buraxacaq[/b]

Almaniya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Bundestimin əsas qapıçısı Manuel Noyer uzun müddətə sıradan çıxıb.

 

Bu, “Bavariya”nın məşqi zamanı baş verib. Belə ki, Bundesliqanın V turu çərçivəsində “Şalke” ilə bu gün keçiriləcək qarşılaşma öncəsi məşqdə zədələnən 31 yaşlı oyunçu meydanı tərk etməli olub. Qarşılaşmanın ardından keçirilən tibbi yoxlanışdan sonra Noyerin sol ayağında sınıq aşkarlanıb.

 

Həkimlər ulduz futbolçunun əməliyyat olunacağını bildiriblər. Onun yaşıl meydanlara nə zaman dönəcəyi hələ açıqlanmasa da, həkimlər bunun bir neçə aydan sonra reallaşacağını söyləyiblər. Bu isə o deməkdi ki, “Bavariya”nın kapitanı DÇ-2018-in seçmə mərhələsinin son iki matçında Almaniya yığmasına kömək edə bilməyəcək.

 

C qrupunda yer alan Bundestim oktyabrın 5-də Şimali İrlandiyanın qonağı olacaqsa, bundan 3 gün sonra millimizi qəbul edəcək.

 

0