[b]“Qarabağ” Çempionlar Liqasına layiqdi” - “Roma”nın yarımmüdafiəçisi[/b]
19.09.2017 - 09:50
[b]“Qarabağ” Çempionlar Liqasına layiqdi” - “Roma”nın yarımmüdafiəçisi[/b]

“Çox çətin qarşılaşma olacaq. “Qarabağ” qrupdakı ilk matçda “Çelsi”yə 0:6 hesabı ilə məğlub olub. Bu, London komandası üçün parlaq qələbə idi”. Bunu “Roma”nın yarımmüdafiəçisi Kevin Strotman apasport.az saytının sorğusuna cavabında deyib.

 

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İtaliya təmsilçisi növbəti matçını Azərbaycan çempionuna qarşı keçirəcək.

 

“Roma”nın rəsmi tvitter səhifəsi vasitəsilə azarkeşlərin görüşünə gələn Strotman əməkdaşımızın da sualını cavablandırıb. 27 yaşlı futbolçu “Qarabağ”la Çempionlar Liqası matçından nə gözləyirsiniz” sualımızı bu cür cavablandırıb: “Şübhəsiz ki, “Qarabağ” öz meydanında bizi məğlub etmək istəyəcək. Onlar evdə olacaqlar, biz isə 4-5 saatlıq yol qət edəcəyik. “Qarabağ” Çempionlar Liqasında oynamağa layiq komandadı. Bunu da qrup mərhələsində rəqibləri önündə sübut etməyə çalışacaq. Bir daha qeyd etməliyəm ki, bizim üçün çətin görüş olacaq. Qarşımızda qələbə əzmi ilə meydana çıxan komanda görəcəyik”.

 

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

0