[b]“Azərbaycanda basketbol yoxdu” - FOTO[/b]
19.09.2017 - 10:50
[b]“Azərbaycanda basketbol yoxdu” - FOTO[/b]

Türkiyədə keçirilən kişi basketbolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Sloveniya millisinin qələbəsi ilə başa çatan yarış əksər ölkələrdə müzakirə olunur.

 

Yarışın yekunlarını geniş şərh edən rusiyalı həmkarlarımız ayrı-ayrı komandaların bu günkü vəziyyətinə toxunub. Bu idman növünün Qafqazdakı durumunu da şərh ediblər. Bölgənin Avro-2017-dəki yeganə təmsilçisi Gürcüstanın imkanlarından aşağı çıxış etdiyini vurğulayan şimallılar qonşularımızın güclü Litva üzərində qələbəsini xüsusi qeyd edib.

 

Lakin Qafqaz basketbolu Rusiya mətbuatının təəccübünə də səbəb olub: “Qafqaz Gürcüstandan başqa basketbol ənənələri yoxdu. Bu da çox təəccüblüdü. Hətta nəyə görəsə buna cəhd də olunmur. Hərçənd Qafqazda kifayət qədər ucaboy oğlanlar var. Onlar heç də həmişə həyatda öz yerlərini tapmırlar. Amma həmin insanlar ölkələrini sevindirə, yaxşı pul qazana, uğurlu həyat yaşayıb əsl nümunə ola bilərdilər”.

 

Şimallılar ayrı-ayrı ölkələrdəki vəziyyətə də toxunublar: “Azərbaycanda yaxşı qadın voleybol komandası yaradıldı. Ölkədə 10 milyona yaxın adam yaşayır və pulları var. Amma basketbol yoxdu. Ermənistanda isə ümumiyyətlə basketbol komandası xatırlamıram. Çeçenistan, Dağıstan və Şimali Osetiyada ciddi komandalar yada gəlmir. Hələ SSRİ vaxtı bütün Qafqazda bir basketbol adacığı – Tiflis “Dinamo”su vardı. Amma niyə? Maraqlıdı ki, Avropa çempionu olan Sloveniyanın ərazisi 20 min kv. km., əhalisi 2 milyona yaxındı”.

 

Qeyd edək ki, ölkəmiz müstəqil olduqdan sonra daimi formal ölkə çempionatı keçirilsə də, təmsilçimizin avrokubokda çıxışını barmaqla saymaq olar. Bu da artıq uzaq keçmişdə qalıb. 

0