[b]“Həmin dövrdə oynasaydı, Messi üçün pis olardı” - FOTO[/b]
19.09.2017 - 10:56
[b]“Həmin dövrdə oynasaydı, Messi üçün pis olardı” - FOTO[/b]

Argentina yığmasının sabiq qapıçısı Uqo Qatti maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, ölkəsinin televiziya kanalına danışan keçmiş qolkiper həmyerliləri Dieqo Maradona və Lionel Messinin “bostanına daş atıb”.

 

“Bütün dövrlərin ən güclü futbolçusu kimdi” sualına Qattinin “Maradona” və ya “Messi” cavabını verəcəyi gözlənilsə də, o, fərqli addım atıb. Belə ki, vaxtilə “Boka Xuniors”un formasını geyinmiş çərçivə qoruyucusu həmyerlilərini bu ada layiq bilmədiyini, Braziliya millisinin keçmiş hücumçusu Peleni hər kəsdən üstün tutduğunu deyib: “Futbol haqda danışırıqsa, Peleni digərlərindən ayırmaq lazımdı. Futbolda bir Pele olub, bir də digərləri. O, ən dahi oyunçudu. Pele pişik kimi idi. Nə vaxtsa ona qarşı çıxış etmisiz? Etsəydiniz, nə demək istədiyimi anlayardınız”.

 

Qattinin fikrincə, “Barselona”nın futbolçusu Lionel Messi “Futbol kralı”nın vaxtında bu səviyyədə oynaya bilməzdi: “Həmin dövrdə oynasaydı, Messi üçün pis olardı. Çünki rəqib müdafiəçilər adamın ayağına az qala öldürücü zərbələr vururdular”.

 

Qeyd edək ki, Uqo Qatti 1967-1977-ci illərdə Argentina yığmasının şərəfini qoruyub.

 

 

 

 

0