[b]“Qarabağ”la görüşdə nə etdiyini yaxşı bilirdi” – “Çelsi”nin əfsanəsi[/b]
19.09.2017 - 11:06
[b]“Qarabağ”la görüşdə nə etdiyini yaxşı bilirdi” – “Çelsi”nin əfsanəsi[/b]

“Azarın yüksək tempə uyğunlaşma prosesi sürətlə gedir. “Qarabağ”la qarşılaşmada onun bir neçə driblinqini və çalışqanlığını gördük”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin sabiq hücumçusu Pat Nevin deyib.

 

London klubunun əfsanəvi futbolçuları arasında göstərilən 54 yaşlı mütəxəssis “zadəganlar”ın hazırkı durumu barədə fikir bildirib.

 

Nevin, xüsusən də, hücumçular Eden Azar və Miçi Batşuayini fərqləndirib. Şotlandiya millisinin sabiq üzvü onların “Qarabağ”la Çempionlar Liqası oyunundakı (6:0) çıxışlarından məmnunluq bildirib: “Eden “Qarabağ”la matçda qısa müddət meydanda olsa da, səmərəli işi ilə yadda qaldı. Bu fikri keçmiş futbolçulardan dəfələrlə eşitmisiniz. Formaya düşməyin yeganə yolu əlbəttə ki, rəqabətli mühitdə və yüksək səviyyəli matçlarda oynamaqdı. “Qarabağ”la görüşdə Eden nə etdiyini çox yaxşı bilirdi. Ancaq iki rəqibini keçdikdən sonra davamını gətirə bilmirdi. Əsas odu ki, sürətlə forma yığdığını göstərdi. Ümid edirəm ki, “Nottingem Forest”lə kubok oyununda 90 dəqiqə meydanda olar. Ümumiyyətlə, “Nottingem Forest”lə görüşdə gənc oyunçulara üstünlük veriləcəyini düşünmürəm. Əlbəttə ki, hazırda istirahətə ehtiyacı olan oyunçular var. Məsələn, Miçi Batşuayi mövsümə yaxşı başlanğıc edib. “Qarabağ”la görüşdə qol vuraraq, daha çox oynamaq arzusunda olduğunu göstərib. Bacardığı qədər çox qol vurmaq istəyir. İstənilən hücumçu qol vurduqca bunun davamını gətirmək barədə düşünür”.

 

Nevin Çempionlar Liqasında ən təhlükəli komandaların adlarını da açıqlayıb. Sabiq “Çelsi”li “Qarabağ”ın yer aldığı qrupun digər komandası “Atletiko”nu yenə favoritlər arasında görür: “Atletiko” və “Mançester Siti”ni diqqətlə izləyirəm. Çox təhlükəli komandalardı. Onlar Çempionlar Liqasında yarımfinala qədər irəliləsələr, buna təəccüblənmərəm”.

 

Qeyd edək ki, Pat Nevin futbolçu karyerası vaxtı 1983-1988-ci illərdə “Çelsi”nin formasını geyinib.

0