[b]Yığmamız Serbiyaya yollanır[/b]
19.09.2017 - 11:55
[b]Yığmamız Serbiyaya yollanır[/b]

Sentyabrın 23-də Serbiyanın paytaxtı Belqradda cüdo üzrə açıq Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Məşqçilər korpusu Serbiyada 17 cüdoçunu sınamağa qərar verib. Yığmamızın heyətində tatamiyə Elbrus Zamanov, Rüfət Məmmədov (hər ikisi 60 kq), Famil Məmmədzadə, İbrahim Əliyev, Elçin Hüseynov (hər üçü 66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə, Coşqun Abdullayev (hər ikisi 81 kq), Firudin Dadaşov, Qurban Qurbanov (90 kq), Vasif Şərbətli, İmran Yusifov (hər ikisi 100 kq), Cəlil Şükürov (+100 kq), Gültac Məmmədəliyeva (52 kq), Səkinə Zayirova (56 kq), Kristina Jukavets və Nuriyyə Axundova (hər ikisi 63 kq) çıxacaqlar.

 

Yarışa isə ümumilikdə 33 ölkədə 286 (191 kişi, 95 qadın) cüdoçu qatılacaq. 

0