[b]“Barselona” kapitanla razılığa gəldi[/b]
19.09.2017 - 13:18
[b]“Barselona” kapitanla razılığa gəldi[/b]

“Barselona” daha bir futbolçusu ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, bunu klub prezidenti Xosep Bartomeu açıqlayıb.

 

O, uzun sürən danışıqlardan sonra kapitan Andres İnyesta ilə yeni sözləşmənin bağlanmasına razılaşdıqlarını qeyd edib: “Biz istəyirik ki, Andres “Barselona”da arzuladığı qədər oynasın. Onunla yeni müqaviləyə çox yaxınıq. İnyestaya ömürlük anlaşma təklif etmişik. Razılaşsa, karyerasını bitirənə qədər “Barselona”da qalacaq”.
 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Andres İnyesta Kataloniya təmsilçisinə gələn ilin yayına qədər məxsusdu. 

0