[b]“Roma” iki futbolçusunu itirdi[/b]
19.09.2017 - 14:11
[b]“Roma” iki futbolçusunu itirdi[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Roma” heyətlə bağlı problemlə üzləşib. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”ın iki futbolçusu komandadan ayrı düşüb.

 

Bunlar yarımmüdafiəçi Radca Nainqqolan və hücumçu Patrik Şikdi.

 

İtaliya A seriyasının IV turunda “Verona” ilə qarşılaşmada (3:0) zədələnən hər iki oyunçu qarşıdakı matçlarda meydana çıxmayacaq.

 

Maraqlıdı ki, Nainqqolan 75-ci dəqiqədə zədələnərək, yerini məhz Şikə verib. Belçikalı ilə müqayisədə çexiyalı forvardın durumu daha ciddidi. Paytaxt təmsilçisinin sabah “Benevento”, sentyabrın 23-də isə “Udineze” ilə baş tutacaq görüşlərində baş məşqçi Eysebio di Françesko adıçəkilən futbolçuların xidmətindən yararlana bilməyəcək.

 

Nainqqolanın Çempionlar Liqasında “Qarabağ”la qarşıdakı matçda iştirakı gözlənilirsə, Şikin Bakıya səfərinin baş tutub-tutmayacağı həkimlərin qərarından asılı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də keçiriləcək. 

0