Avro-2017: Ukrayna da heyəti açıqladı

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qari Yeqizarovun rəhbərlik etdiyi komanda Bakıya 14 oyunçu ilə gələcək.

 

Təcrübəli mütəxəssis Avro-2017 üçün açıqladığı heyətdə ciddi dəyişikliyə əl atmayıb. Təcrübəlilərdən yenə Olesya Rıxlyuk komandadan kənar qalıb.

 

Toppaylayıcılar: Yelena Novqorodçenko, Aleksandra Peretyatko

 

Blokçular: Svetlana Dorsman, İrina Truşkina, Yuliya Qerasimova, İnna Molodtsova

 

Hücumçular: Tatyana Kozlova, Nadejda Kodola, Anna Stepanyuk, Anastasiya Çernuxa, Karina Yurçenko, Anna Kiriçenko

 

Liberolar: Viktoriya Delros, Alina Stepançuk

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi etdiyi Avropa çempionatı sentyabrın 22-də başlayacaq. Ukrayna C qrupunda Bolqarıstan, Rusiya və Türkiyə ilə Bakıda oynayacaq.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10