SİZİN REKLAM BURADA

Mariya Şarapova ilk sevgisi haqda: Bir gecənin içində...

“20 yaşıma qədər oğlanlarla ciddi münasibətim olmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözlər məşhur tennisçi Mariya Şarapovaya məxsusdu.

 

Rusiyalı idmançı “Etibarsız” adlı bioqrafiya kitabında şəxsi həyatının detallarına aydınlıq gətirib. Gənc yaşlarında oğlanlardan qaçdığını etiraf edən Şarapova sloveniyalı basketbolçu Saşa Vuyaçiçlə münasibətlərindən danışıb: “2009-cu ilin sonunda rəfiqəm qonaqlıq təşkil etmişdi. Mən də Saşa ilə orda tanış oldum. Onda hələ gənc idi. Dərhal hiss etdim ki, əsl mənim ola biləcək biridi. Problemlərimiz isə 1 il sonra başladı. Los-Ancelesdə evlərimiz eyni küçədə idi. Mənim mənzilim daha rahat olsa da, Saşa məni idarə etmək üçün onun evinə köçməyimi istəyirdi. O, heç cür həzm edə bilmirdi ki, qazancım qazancından, evim evindən böyükdü. Sonra biz nişanlandıq”.

 

Şarapova bildirib ki, Saşa onun oyunlarına gəlib, nişan üzüyünü daim nümayiş etdirirmiş: “Lakin mən uğurlar qazandıqca Saşa daha çox aqressiv olurdu. Onun rəftarı məni qəzəbləndirsə də, müsahibələrimdə, açıqlamalarımda susurdum. Bu səbəbdən bir gecənin içində hər şeyə son qoymağa qərar verdik. Hərçənd, bunadək aylarla bu haqda düşünmüşdük”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10