[b]“CBC Sport” Superliqanı nə vaxt yayımlayacağını bilmir[/b]
19.09.2017 - 15:40
[b]“CBC Sport” Superliqanı nə vaxt yayımlayacağını bilmir[/b]

“Türkiyə çempionatının oyunlarını yayımlamağımız haqda müqavilə imzalanıb. Sadəcə, texniki məsələlərə görə hələ yayıma başlaya bilməmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasov deyib.

 

Sentyabrın 7-də Türkiyə Superliqasının oyunlarının “CBC Sport” kanalı ilə nümayiş olunacağı haqda məlumat yayılmışdı. Bunu kanalın rəhbəri Volkan Üst açıqlayaraq, həftədə 2 görüşün canlı yayımlanacağını bildirmişdi. Lakin həmin vaxtdan 12 gün keçsə də, hələ yayıma başlanılmayıb.

 

Məsələ haqda danışan Abbasov hazırda texniki problemləri yoluna qoymağa çalışdıqlarını bildirib: “Məsələ həll olunan kimi, Superliqanın oyunları “CBC Sport”da göstəriləcək. Yayıma konkret olaraq, nə vaxt başlayacağımızı deyə bilmərəm. Hər şey texniki məsələlərin həll olunmasından asılıdı. Problem bu günlərdə yoluna qoyulsa, elə bu həftə də yayıma başlaya bilərik”.

0