[b]“Qarabağ”ın oyununun vaxtı açıqlandı[/b]
19.09.2017 - 16:34
[b]“Qarabağ”ın oyununun vaxtı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək bir oyunun başlanma saatı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, sentyabrın 22-də baş tutacaq “Sumqayıt” – "Qarabağ" matçı saat 19:00-da start götürəcək.

 

Bu barədə “Sumqayıt” klubunun rəsmi saytı məlumat yayıb. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə sentyabrın 23-də eyni məkanda keçiriləcək və saat 16:30-da başlanacaq.

0