Avro-2017: Belarus Bakıda heyəti açıqlayıb, Tiflisə yollanır

Qadın voleybolçulardan ibarət Belarus millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Pyotr Xilko Azərbaycan millisi ilə 2 yoxlama matçından sonra Avro-2017-də güvənəcəyi “14-lüy”ü açıqlayıb.

 

O, heyətdə Bakı klublarında çıxış etmiş Olqa Palçevskaya, Oksana Kovalçuk kimi təcrübəli oyunçulara da yer verib.

 

Paytaxtımızda hazırlığın son mərhələsini keçən Belarus millisi bu gün Bakıdan ayrılacaq. B qrupunda yer alan komanda ilk mərhələnin oyunlarını keçirmək üçün Tiflisə yollanacaq. Onlar İtaliya, Gürcüstan və Xorvatiya ilə üz-üzə gələcəklər.  

 

Toppaylayıcılar: Olqa Palçevskaya (1984; 185; “Minçanka”), Anna Jaafar (“Kopko”) (1988; 173; “Jemçujina Polesya”); 

Blokçular: Anna Kalinovskaya-Qyunqer (1985; 190; “Ledis in Blek”, Almaniya), Darya Volodko (İonova) (1989; 186; “Saxalin”, Rusiya), Anjelika Boriseviç (1995; 194; “Minçanka”); 

Hücumçular: Oksana Kovalçuk (1979; 186; “Minçanka”), Anna Klimets (1998; 185; “Uraloçka”, Rusiya), Tatyana Markeviç (1988; 185; “Buxarest”, Rumıniya), Nadejda Smirnova (Molosay) (1990; 180; “Minçanka”), Anastasiya Qarelik (1991; 184; “Uraloçka”, Rusiya), Marina Pavlova (1989; 180; “Budovlyanı”, Torun, Polşa), Tatyana Serik (1992; 183; “Ankara Kolejliler”, Türkiyə); 

Liberolar: Yelena Fedorinçik (1993; 178; “Minçanka”), Olqa Pavlyukovskaya (1988; 174; “Ostrovets-Sventokşitski”, Polşa).

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10