SİZİN REKLAM BURADA

“Finalda Azərbaycanla qarşılaşarıq” - - FOTO

“Azərbaycanda bizə azarkeş dəstəyinin yüksək olacağına inanırıq. İnşallah, finalda da qardaş ölkə Azərbaycanla qarşılaşarıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ deyib.

 

O, sentyabrın 22-də Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avro-2017 ilə bağlı fikirlərini açıqlayıb. Üstündağ ölkəsinin mətbuatına bildirib ki, əsas arzuları yığmamızla finalda üz-üzə gəlməkdi: “2 ölkə arasında dostluğun və qardaşlığın dərəcəsini bilirsiz. Çox gözəl əlaqələrimiz var. Ümid edirəm ki, öncəki mərhələlərdə üz-üzə gəlmərik. Əgər olacaqsa, bunu finalda istəyirəm”.

 

O, yer aldıqları C qrupunu da dəyərləndirib: “İlk matçı güclü Rusiya millisinə qarşı keçirəcəyik. Ardınca Bolqarıstan və Ukrayna ilə qarşılaşacağlq. Hədəfimiz qrupdan çıxmaqdı. Yüksək nəticə gözləyirik. Komandamızın medal alacağına da inanıram. Bunun üçün lazım olanı etmişik. Qrupdan isə birinci yerin sahibi kimi mərhələ adlamaq istəyirik. İkinci və ya üçüncü yeri tutsaq 1/4 final üçün A qrupundan gələcək Azərbaycan, Polşa, Almaniya və ya Macarıstanla oynamalı olacağıq. Bizim üçün fərq etməz. Amma lider kimi mərhələ keçmək əlavə üstünlük olacaq. Əgər hədəfimiz final oynamaqdısa, rəqiblər arasında fərq qoymadan hamısına qalib gəlməliyik. Yığmamız bunu bacara biləcək gücdədi”. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10